“Ayağım bircə dəfə də olsun məhkəmə zalına dəyməyib”

İlhamə Quliyeva: “İndiyə kimi heç kimdən üzr istəməmişəm”

"Artıq neçə müddətdir ki, xalq artisləri Flora Kərimova və İlhamə Quliyeva arasında yaranan, hətta məhkəməyə qədər gedib çıxan münaqişələr, qalmaqallar   bitmək bilmir. Xalq artisti İlhamə Quliyevanın məhkəmə zalında həmkarı Flora Kərimovadan üzr istəməsi xəbərini eşitcək sənətkarla əlaqə yaratdıq. İlhamə Quliyeva "Olaylar" a verdiyi eksklüziv açıqlamada barəsində gəzən dedi-qodulara aydınlıq gətirdi: "Səhər-səhər üzr istəmək xəbərini mənə deyəndə inanın əhval-ruhiyyəm bir qədər də yüksəldi. Mən bu günə kimi etdiyim səhvlərə və günahlara görə heç kimdən üzr istəməmişəm. Məhkəməyə gəlincə isə mənim ayağım bircə dəfə də həmin məhkəmə zalına dəyməyib. Mən məhkəmə prosesindən xəbərsizəm. Bu işlərlə mənim vəkilim Şəfiqə xanım məşğul olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31