Dənizkənarı Milli Parkda möhtəşəm konsert VIDEO

Bakıda keçiriləcək "Eurovision - 2012" mahnı müsabiqəsinin başlanmasına artıq günlər qalır. Sanki hər gün bütün Avropanın ürəyi Azərbaycanda döyünür. Bu günlər bütün nəzərlər Qərblə Şərqin qovşağında yerləşən Bakıya dikilmişdir. Hamı sanki yeni bir möcüzəyə şahidlik etməyə hazırlaşır.Cənubi Qafqazın ən güclü dövləti olan doğma Azərbaycanız öz qüdrətini, qonaqpərvərliyini, nəyə qadir olduğunu bir daha nümayiş etdirmək üçün qollarını bütün Avropaya açmışdır. Hamı o anın baş verəcəyi, o möcüzənin reallığa çevriləcəyi günü səbirsizliklə gözləyir. Biz izə hər gün, hər saat o möhtəşəm ana doğru daha böyük inam və səylə irəliləyirik.Aprelin 29-da Dənizkənarı Milli Parkda "Eurovision- 2012" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fanklubunun təşəbbüsü ilə açıq havada təşkil edilmiş möhtəşəm konsert proqramı da buna bariz sübutdur.AzərTAc xəbər verir ki, "Ulduzlar "Eurovison"u dəstəkləyir" şüarı altında təşkil edilmiş bu möhtəşəm konsert proqramı doğma Bakımızın sakinləri, eləcə də paytaxtımızın qonaqları üçün əsl bayrama çevrilmişdir.Konsertin təşkil olunduğu Dənizkənarı Milli Park həmişə olduğu kimi, yenə də bayramsayağı bəzədilmiş, burada müsabiqənin rəmzi bayrağı ilə yanaşı dalğalanan Azərbaycanın dövlət bayrağı isə on minlərlə tamaşaçıya daha böyük ruh yüksəkliyi bəxş etmişdir. Hamı bir ağızdan "Bakı!" deyə səslənərək bu yarışmaya nə qədər sevindiyimizi və necə böyük həvəslə hazırlaşdığımızı bir daha bütün dünyaya çatdırmağa çalışmışdır.Konsertdə çıxışından əvvəl jurnalistlərə müsahibə verən tanınmış müğənni və bəstəkar Emin Ağalarov bütün musiqisevərləri Bakıya dəvət edərək demişdir ki, Azərbaycan paytaxtında təşkil ediləcək bu yarışma öz möhtəşəmliyi ilə ürəkləri fəth edəcəkdir.E.Ağalarov demişdir: "Əlbəttə, müsabiqəyə bir iştirakçı kimi deyil, xüsusi dəvət edilmiş qonaq qismində qatılsam da, hər halda, tamaşaçılar üçün öz ölkəmin təmsilçisi olacağam. Heç şübhəsiz, yaddaqalan, baxımlı, milli koloritli, eyni zamanda, çox parlaq və müasir bir nömrə hazırlamaq istəyirəm".Gecənin ilk çıxışçısı olan "Eurovison - 2010" təmsilçimiz Səfurə Əlizadə və konsertin aparıcısı Murad Dadaşov bu möhtəşəm musiqi bayramına ev sahibliyi edəcək Azərbaycanın bir-birindən maraqlı tədbirlərlə 57 illik tarixi olan yarışmaya öz töhfəsini verdiyini böyük iftixar hissi ilə qeyd etmiş və bütün müsabiqə iştirakçılarına uğurlar arzulamışlar. Konsertin qonaqlarından olan "Eurovision-2012" mahnı müsabiqəsində Gürcüstanı təmsil edəcək Anri Joxadze də öz növbəsində Bakıda olmasından məmnunluqla danışmış və əminliklə vurğulamışdır ki, Azərbaycanda keçiriləcək bu musiqi yarışması öz möhtəşəmliyi ilə uzun illər yaddaşlardan silinməyəcəkdir.Gecəyə Fanklubun rəsmi diceyi (dj) C.Mustafayevin rəngarəng musiqi proqramı ilə başlanmışdır.Konsertdə Fanklubun son iki ayda gördüyü işləri əks etdirən videomaterial nümayiş olunmuşdur. Bir daha vurğulanmışdır ki, bu möhtəşəm konsert proqramının əsas məqsədi "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində əhalini yarışmanın ruhuna kökləmək, bu möhtəşəm şouya marağı daha da artırmaqdır.Fankluba dəstək məqsədilə keçirilən konsertdə Səfurə Əlizadə, Eldar Qasımov və Nigar Camal kimi ulduzlar çıxış etmişlər. Eyni zamanda, "Eurovision-2012" mahnı müsabiqəsində Gürcüstanın təmsilçisi Anri Joxadze, həmçinin Ani Lorak və Diana Qurtskaya kimi görkəmli musiqiçilər də ifaçılar arasında olmuşlar.Emin Ağalarovun çıxışı gecəyə xüsusi rəng qatmışdır. Müğənni həmişə olduğu kimi, bu dəfə də səhnədə olduğu zaman ekranda zamanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin vaxtı ilə oxuduğu mahnılardan franqmetlər nümayiş etdirilmişdir.Bir-birindən fərqli və rəngarəng ifalar və qeyri-adi səhnə tərtibatı tamaşaçılara xoş anlar bəxş etmişdir.
Gecəyə muğənni Xəyyam Mustafazadənin ifasında Müslüm Maqomayevin şah əsəri olan "Azərbaycan" mahnısı ilə yekun vurulmuşdur.İştirakçılara "Eurovision" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fanklubu tərəfindən müxtəlif hədiyyələr təqdim edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31