Xurşidbanu Natəvanın 180 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq

A. Azərbaycan prezidenti İlham Əliyev Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynamış Xurşidbanu Natəvanın 180 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31