"Fatmagülün suçu ne?": 72-ci seriya VIDEO

Fatmagülün toy həyəcanı...

Toya günlər qaldıqca Kərim və Fatmagül hazırlıqları sürətləndirirlər. Birlikdə yaşayacaqları ev sözün həqiqi mənasında evə çevrildikcə onların hər ikisi çox xoşbəxtdir. Fatmagül və Kərim bir-birlərinə yaxınlaşdıqca Müqəddəs məktub mövzusunun unudulduğunu düşünür və rahatlaşır. O, bundan sonra gələcək məktubları kiminsə əlinə keçmədən yox etməyi düşünür. Lakin işlər istədiyi kimi getmir. Məktublardan biri Fatmagülün əlinə keçir.Digər tərəfdən, Yaşaranlar tərəfdə böyük bir çaxnaşma yaşanmaqdadır. Ərdoğan həbs edilir, Səlimin yaxalanması isə an məsələsidir. Rəşad Yaşaran iflas edib. O, uğradığı məğlubiyyətin təsirindən özünə nəzarəti itirməyə başlayıb.Fatmagül toy həyəcanındadır, gəlinliyi bitmək üzrədir. O, Kərimlə hər şeyin, hamının inadına daha da sıx birləşir. Onlar keçmişlərinə dair pis xatirələrdən bir-bir qurtulmağa başlayırlar. Təkcə Mustafadan başqa. Mustafa həbsdə ola-ola da Fatmagül və Kərimin xoşbəxtliyinə kölgə salmaqda davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31