Həsən Əbluç anılacaq

Aprelin 30-da Akademik Milli Dram Teatrında mərhum rejissor, bədii qiraətçi Həsən Əbluçun anadan olmasının 70 illiyinə həsr olunmuş anım tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə gerçəkləşəcək tədbirdə mərhumun yaxınları, sənət dostları onunla bağlı xatirələri dilə gətirəcəklər. Həmçinin mərhumun quruluş verdiyi filmlərdən parçalar göstəriləcək. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31