Gözəllik müsabiqəsində saçyoldu– QALMAQAL-FOTO

Bu gün ilk məşqləri keçirilən "Miss Civilization Azerbaijan 2012" Mədəniyyətlər Gözəli müsabiqəsində qalmaqal yaşanıb.Müsabiqənin "006" saylı iştirakçısı Xəyalə Əliyeva məşq zamanı xoreoqraf Aleks Kramarenkoya qarşı kobudluq edib. Səbəb isə xoreoqrafın məşqlə bağlı ona tutduğu irad olub. Bundan xoşlanmayan iştirakçı hər kəsin yanında Kramarenkonun üzərinə gələrək qışqır-bağır salıb. İddia edib ki, guya xoreoqraf qəsdlə onunla ədavət aprır. Qalmaqal yaranan zaman təşkilatçılar dərhal X. Əliyevanın müsabiqədən kənarlaşdırılmasına qərar veriblər.Qeyd edək ki, məşqdə olan hər kəs, iştirakçılar belə, onun bu davranışından heyrətlənərək, mat qalıblar. Təşkilatçılar isə yerindəcə qərar verərək, qalmaqalçı iştirakçının yerinə ehtiyatda olan Brilliant Bəhmanovanı əsas iştirakçı kimi müsabiqəyə alıblar.Yaranmış xoşagəlməz olayla bağlı təşkilatçı Kemal Cenk İçten Publika.Az-a açıqlama verib:"Adından göründüyü kimi, bu gözəlliklə yanaşı, həm də mədəniyyət müsabiqəsidir. Müsabiqədə iştirak edən xanımlar istər daxili, istərsə də bilik mədəniyyətlərini bu müsabiqədə nümayiş etdirməlidirlər. Bugünkü yaşanan qalmaqal isə iştirakçı xanımın hansı daxili mədəniyyətə malik olmasından xəbər verir. Allah yolunu açıq etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31