Müğənni Natavan Həbibi nəyi etiraf edəcək...

Estrada ulduzu yeni mövsümdə pərəstişkarları sevindirəcək

Milli.Az-a daxil olan məlumata görə, tanınmış estrada ulduzu Natavan Həbibi sentyabrın ilk ongünlüyündə kameralar qarşısına keçib ən son hitlərindən birinə ekran həyatı verəcək. Sözləri Hilala, musiqisi İsmayıl Əsədovla, reper Cinə məxsus olan "Etiraf"ın ekranlaşdırılacağı ssenari artıq tamamlanmaq üzrədir.Onu da öyrəndik ki, yaradıcı heyətə müğənninin özü rəhbərlik etdiyi üçün çəkiləcək klip öz özəlliyi ilə bütün kliplərdən fərqlənəcək. Rejissorun adı da sürpriz olsun deyə gizli saxlanılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31