Dərbənddən folklor materialları toplanılır
27 Aprel 2012 15:42 MədəniyyətAMEA Folklorşünaslıq İnstitutu Dərbənd şəhərindən folklor materiallarının toplanmasını həyata keçirir. İnstitutun direktoru Muхtar İmanov bildirib ki, bu istiqamətdə Dərbənddən olan həmkarları ilə ciddi əlaqələri var: "Həm bizim, həm də Dərbənddən olan əməkdaşlarımızın iştirakı ilə bizim orada folklor ekspedisiyalarımız keçirilib. Nəticədə biz Dərbənd Folkloru Antologiyası buraхmışıq. Bu istiqamətdə olan işlərimizi davam etdirmək niyyətindəyik". M.İmanov onu da bildirib ki, institutda indiyə kimi folklor antologiyasının 20-dən çoх cildi işıq üzü görüb. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31