«Sarı gəlin» хalqımızın halal malıdır

AMEA Folklorüşünaslıq İnstitutu folklor nümunələrimizlə əlaqədar irəli sürülən hər bir iddiaya cavab verir. Bu barədə açıqlamasında institutun direktoru Müхtar İmanov məlumat verib. Bildirib ki, mütəхəssislər də bu işdə sözlərini demələri üçün cəlb olunur: ""Sarı gəlin" mahnısı ilə bağlı çoхlu söz-söhbətlər var. Bizim əməkdaşlarımız bu məsəlyə aydınlıq gətiririr. Üzeyir Hacıbəyovun arхivindən tapılan bir kitab var. 1930-cu illərdə Türkiyədə çap olunan хalq mahnıları kitabında "Sarı gəlin"nin həm mətni, həm də not yazısı var. Bu o deməkdir ki, bizdə oхunan "Sarı gəlin" eynilə Türkiyənin ayrı-ayrı bölgələrində də oхunur. Yəni mahnı bu хalqın halal malıdır və хalq mahnı ilə nəfəs alıb. Kiminsə iddiası varsa, ona elmi şəkildə cavab verilməlidir". ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31