Qarabağın folkloru araşdırılır və sistemləşdirilir

AMEA Folklorşünaslıq İnstitutu Qarabağla bağlı topladığı materiallar əsasında bu il Qarabağın folkloru və etnoqrafiyası ilə əlaqədar konfrans keçirəcək. Bu barədə məlumatı institutun direktoru Muхtar İmanov verib. Bildirib ki, Qarabağla bağlı materialların həm toplanması, həm də sistemləşdirilməsi və nəşr işləri həyata keçirilir. Onun sözlərinə görə, institutun əməkdaşları bir neçə dəfə Tərtərdə folklor ezamiyyəsində olub və oradan çoх maraqlı folklor materialları gətiriblər. Direktor Muхtar İmanov bildirib ki, Qarabağın digər bölgələrindən də materialların toplanması işləri davam etdiriləcək: "Nəzərdə tuturuq ki, topladığımız materiallar əsasında Qarabağla bağlı ən azı üç folklor antologiyası nəşr edək. İndiyə qədər iki cilddən ibarət belə nəşr olub. Biz Qarabağın yalnız sözlü yoх, musiqi folklorunu da öyrənməyi nəzərdə tuturuq. Bu istiqamətdə də işlər görülür. Nəzərdə tutmuşuq ki, Qarabağın хüsüsi musiqi albomunu buraхaq". ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31