"Miss Civilization Azerbaijan 2012"nin finalçıları seçildi
20 ən layiqli və 3 ehtiyat iştirakçı əsas mərhələyə vəsiqə qazanıb
9 Avqust 2012 16:35 MədəniyyətÖtən gün "Miss Civilization Azerbaijan 2012" Mədəniyyətlər Gözəli müsabiqəsinin Azərbaycan finalı üçün seçim aparıldı. Müsabiqənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 100-dən artıq qeydiyyatdan keçmiş xanımlar arasında aparılan seçim nəticəsində 20 ən layiqli və 3 ehtiyat iştirakçı finala vəsiqə qazana bildi.
Xatırladaq ki, Azərbaycan finalı avqustun 25-i təntənəli şəkildə böyük şou ilə "AF Hotel" Novxanı "Aqua Park"ında keçiriləcək. Müsabiqənin informasiya dəstəyi TMB kanalı və www.simsar.az saytıdır. Finala keçən 20 əsas finalçıların və 3 ehtiyat iştirakçıların fotolarını təqdim edirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31