Şou-biznes ulduzları hansı idman növü ilə məşğul olublar?
9 Avqust 2012 16:20 MədəniyyətLondonda keçirilən Olimpiya oyunları müddətində dünyanın hər yerində idman müzakirə olunur.Milli.Az xəbər verir ki, Day.Az saytı Azərbaycan şou-biznes ulduzlarının hansı idman növü ilə məşğul olmaları ilə bağlı araşdırma aparıb. Elza Seyidcahan uşaqlıqda üzgüçülüklə məşğul olub. O hesab edir ki, idmançı olsaydı, daha yaxşı olardı. "Əgər idmançı olsaydım, hər dəfə yarışlardan qızıl medalla dönərdim. Londonda hələ ki, az medal qazanmağımızdan məyus oluram. Ancaq hələ vaxt var. Ümid edirəm ki, idmançılarımız uğur qazanacaqlar".
Sevinc Musayeva isə yüngül atletika və xizəkçiliklə məşğul olub. İndi də bu idman növlərilə məşğul olur, lakin bu dəfə arıqlamaq üçün bunu edir.
Yaşar Cəlilov Olimpiya oyunlarının bütün yayımlarına baxır. Əvvəllər o, ağır atletika ilə məşğul olub. Sonradan bu idman növünü buraxıb, futbolla maraqlanıb.
Nazpəri Dostəliyeva peşəkar şəkildə üzgüçülüklə məşğul olub. O, böyük maraqla Olimpiya oyunlarını izləyir və ümid edir ki, bizim idmançılar hələ uğur qazanacaqlar.
Kənan M.M-in taekvondo ilə məşğul olduğu hamıya məlumdur. O, artıq uzun müddətdir ki, bu idman növü ilə peşəkar səviyyədə məşğul olur. Olimpiya oyunlarında isə əsasən boksçuların yarışlarına baxır.
Vasif Məhərrəmli uzun müddət güləşlə məşğul olub və rayonlararası yarışlarda iştirak edib. Bir neçə dəfə ilk yeri də tutub. O bütün idman növlərini izlədiyini deyir.
Stilist Anar Ağakişiyev də başqaları kimi üzgüçülüklə məşğul olub, müxtəlif yarışlarda iştirak edib.
Təranə Səmədova da üzgüçülüklə məşğul olub, lakin o arıqlamaq üçün bu idman növünü seçib.
Vəfa Zeynalova uzun müddət cüdo ilə məşğul olub, hətta Bədən Tərbiyəsi İnstitutuna da qəbul olub. Sonradan aktrisa olmağa qərar verib. Əzələsində zədə yarandıqdan sonra idmandan tamamilə uzaqlaşıb.
Ayan Babakişiyevanın məşğul olduğu idman növü isə Olimpiya oyunları siyahısına daxil deyil. O, uşaqlıqda karate ilə məşğul olub. Olimpiya oyunlarında, əsasən, taekvandoçuların və boksçuların yarışlarına baxır.