Bülənt Ərsoydan təəccüblü açıqlama

Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoy dünən gecə jurnalistlərə təəccüblü açıqlamala verib.
Publika.Az-ın məlumatına görə, müğənni İstanbul restoranlarından birindən çıxarkən jurnalistlərin suallarını cavablandırıb. Bir müddət əvvəl 2.5 kiloqram ət yediyi ilə bağlı haqqında çıxan xəbərlərə münasibət bildirən Ərsoy, "2.5 deyil, 5 kilo yedim" deyə cavab verib.  Jurnalistin "O qədər yeməyə və ətə baxmayaraq, formanızı itirmirsiniz. Hələ də çox gözəlsiniz" deməsindən sonra müğənni "Sən maldan yaxşı anlayırsan. Təşəkkür edirəm" deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31