“Fatmagül” Rusiyada?
9 Avqust 2012 15:24 MədəniyyətAzərbaycanda da böyük populyarlıq qazanmış "Fatmagülün suçu nə?" serialı indi də Rusiyanın mərkəzi telekanallarından olan STS-də nümayiş olunur. Lent.az-ın məlumatına görə, STS artıq neçə vaxtdır ki, adıgedən serialın nümayişinə başlayıb. Serial həftənin birinci günündən beşinci gününədək Bakı vaxtı ilə saat 11.30 da "Günahsız günahkar" adı ilə ekranlara çıxır. Qeyd edək ki, son dövrlər türk serialları Rusiya teleməkanında ənənəvi Latın Amerika seriallarını sıxışdırır. Bunun əsas səbəbləri filmlərin daha keyfiyyətlə çəkilməsi, yüksək aktyor oyunu, süjetlərin daha real həyat hekayələrinə söykənməsi, eləcə də Türkiyə seriallarının mənəvi və əxlaqi baxımdan Latın Amerikası seriallarından üstün olmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31