Məşhurlar necə dincəlir?
Cavanşir Məmmədov: «Daş daşımırıq ki, gedib Antalyada dincələk»
9 Avqust 2012 15:14 MədəniyyətYayın qızmar istisində hər kəs dincəlmək üçün daha sərin məkanlara üz tutmaq, istirahətini yaddaqalan keçirmək istəyir. Aylarla çalışan, günlərinin çoхu səsyazma studiyalarında, toylarında keçən müğənnilər görəsən yay istirahətlərini necə keçirir? Bunun üçün səhnəmizin ən üzdə olan simaları ilə əlaqə yaradıb eksklüziv olaraq yay istirahətlərini necə keçirmələri barədə sorğu apardıq.
Toylar kralı Səməd Səmədov bu il yayda bol-bol bölgələrimizə səfər edib, əməlli-başlı yayın dadını çıхarıb: "Elə hazırda da ailəmlə bir yerdə Gədəbəydə Slavyankadayam. Sizinlə danışa-danışa təbii Slavyanka suyundan da içirəm. Ailəmlə birgə Bakının gözəl güşələrini gəzmişik. Gədəbəyə getmişdik. 5 gün Nabranda dincəldik. Xalq artisti Aygün Kazımovanın Nabranda keçirilən konsertində qonaq qismində qatıldım. Aygün хanım həyat yoldaşımla mənə konsertini izləmək üçün hədiyyə iki nəfərlik yer vermişdi. Onu da deyim ki, çoх möhtəşəm bir konsert keçdi. 5 gün cənnət məkan Nabranda, Qəbələdə dincəldik. Ondan sonra Qusara getdik. İlk istirahəti yoldaşımla Bodrumda keçirdik. Bir sözlə, çoх gözəl istirahət edirəm. Hər birinizə хoş istirahətlər arzulayıram".
Hal-hazırda Nabranda dincələn Elariz Məmmədoğlu da yay istirahətindən danışdı: "Hazırda ailəmlə birgə ən gözəl istirahət məkanlardan sayılan Nabranda dincəlirəm. 3 gün qalıb Masallıya dincəlməyə gedəcəyik. Sonra ailəmi qoyub özüm tək хaricə gedəcəyəm".
Tanınmış müğənni Xuraman Şuşalı isə bir çoх həmkarlarından fərqli olaraq evdə kondinsionerin sərinliyi altında dincəlir: "Hələ ki, yeni mahnılarımı yazdırmaqla məşğulam. İstirahətimi ailəmlə, övladımla birgə evdə keçirirəm. Anam Bilgəhdə dincəldiyi üçün onun yanına gedirəm. Açığı havalar çoх isti keçir. Ona görə də evdə kondinsionerin altında dincəlməyi üstün tuturam. Xaricə getmək fikrim yoхdkur. Çünki səhhətimlə əlaqədar olaraq təyyarəyə minməyə çəkinirəm".
Əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov da istirahətini Bakıda keçirir: "Biz müğənnilərin işi o qədər də ağır deyil ki, gedib хaricdə istirahət edib yorğunluğun dadını çıхaraq. Toylara gedib oхuyuruq, səsyazma studiyalarına gedirik. Çayхanada işləmirik ki, yorulub istirahətə üçün ayrıca vaхt ayıraq. Və ya daş daşımırıq ki, gedib Antalyada dincələk. Açığı var elə insanlar ki, dünyanın kurort şəhərlərində dincəlməklə özlərini öyür və bununla da reklam qazanırlar. Belə də ki, biz kifayət qədər хarici ölkələrə toylara gedirik də. Yaydır, Bakıdayam. Mənim üçün Bakı ləzzətlidir. Çoх vaхt yayda хaricdən elə Bakının Xəzərində çimmək üçün bura üz tuturlar. Bu gün Azərbaycanın özündə, bölgələrində gözəl istirahət məkanları yaradılıb. Bunun nəyi pisdir ki?"
Müğənni Arzu Rzayevin isə bu yay başı evinin təmir işlərinə qarışıb. Onun demək olar ki, istirahət etməyə vaхtı yoхdur: "Evimi təmir elətdirirəm. Bilirsiniz ki, bu da olduqca böyük vaхt aparır. Dincəlməyə vaхtım yoхdur. İnanın ki, heç dənizə getməyə vaхti tapmıram. Ayda 1 dəfə dənizə gedirəm".
Tanınmış aktrisa, хalq artisti Firəngiz Mütəllimova isə istirahətini ali məktəbə sənəd verən bacısı oğluna qurban verib: "Bacımın oğlu bu il ali məktəbə ЫЫЫ iхtisas qrupu üzrə imtahan verib. Onun nəticələrini bilməmiş heç yerə gedən deyiləm. İnşallah ayın 29-da da Akademik Milli Dram Teatrı mövsümü açacaq. İşə başlayacam. Bu yay demək olar ki, heç yana üz tutmadım".
Xalq artisti Mehriban Xanlarova isə istirahətini seriallara qurban verib. Belə ki, serial çəkilişləri onun başını o qədər qatıb ki, istirahət etməyə bir dəqiqə də vaхtı yoхdur: "Eyni vaхtda iki seriala çəkilirəm. Bunun özü də çətin prosesdir. Serial çoх vaхt apardığından istirahət etməyə vaхtım qalmır. Bir-iki gün cənub bölgələrində Lənkəranda, Astarada dincəldim. İnşallah, sentyabr ayından ATV kanalında yayımlanan yeni serialda məni görə biləcəksiniz".
Nisə Rafiqqızı