Jerard Depardyenin Bakıya nə vaxt gələcək?
9 Avqust 2012 14:38 MədəniyyətFransanın məşhur aktyoru Jerard Depardyenin Bakıya gələcəyi vaxt bəllidir. "Azadinform"un məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ərsəyə gələcək "Aleksandr Düma" adlı sənədli filminin çəkilişləri ilə əlaqədar J.Depardye Bakıya sentyabr ayında səfər edəcək. Qeyd edək ki, Jerard Depardye filmdə fransız yazıçısı Aleksandr Dümanın (ata) obrazını canlandıracaq.
Xatırladaq ki, film yazıçının Qafqaza səyahəti, həmçinin görkəmli şairə, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanla görüşündən bəhs edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31