Yenidən bir arada
9 Avqust 2012 13:12 MədəniyyətMəşhur dostlar yeni duet mahnılarını yazdırmaq üçün Türkiyəyə yola düşəcəklərŞou-biznesin iki məhşur müğənnisi Röya və Abbas Bağırov yenidən bir araya gəlib. Bu əfə də onlar duet oxuyacaqlar."Qafqazinfo"nun məlumatına görə, Röya və Abbas yeni duet mahnılarını yazdırmaq üçün Türkiyəyə yola düşəcəklər.
Röya və Abbas duet mahnılarının söz və musiqisinin kimə məxsus olacağını hələ ki, sirr saxladıqlarını deyiblər. Duet dinləyicilərə yeni sezonda təqdim olunacaq.
Qeyd edəki, Röya və Abbas bundan əvvəl iki duet mahnı ifa ediblər. Hətta ilk mahnıları olan "Bilərsənmi"yə klip də çəkdiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31