Tanınmış azərbaycanlı rejissora hansı müğənnilər hörmətsizlik ediblər?
9 Avqust 2012 11:38 MədəniyyətKlip bazarında imzası ilə tanınan və son illər kamerasını daha çox reklam sifarişinə yönəldən Fuad Əlişovun seçim etməsinin səbəbi var.Əslində, o, klip çəkməkdən bezməyib. Təkliflər boldur. Yalnız rejissor klipini çəkəcək müğənninin kimliyinə baxıb, mahnını eşidəndən sonra qərarını verir. Özü Milli.Az-a danışarkən bildirib ki, vaxtilə klipini çəkdiyi sənətçilərin bəzilərindən hörmətsizlik görüb."Elə bəziləri ilə ünsiyyət tellərini qırdığım üçün bu gün onlarla işləmək istəmirəm. Bunu az qisim sənətçiyə şamil etmək olar. Mən hörmətsizliyi qəbul etmirəm. Ona görə də yenidən təklif alanda düşünmək məcburiyyətində qalıram", - deyən Fuad Əlişov klip bazarındakı durğunluqdan danışdı. O söyləyir ki, klipin təbliğat işi günü-gündən çətinləşir. O, milli musiqi kanalının yaradılmasını bu və digər səbəblərdən vacib hesab edir. Onun fikrincə, kliplərin az çəkilməsinin başlıca səbəblərindən biri təbliğat işinin ağırlığındadır.Daha sonra rejissor yay istirahətindən danışdı. Aktrisa Sevinc Əlişova ilə ailəli olan əkiz uşaq atası Fuad bəy hələlik istirahətə bağ evindən başladıqlarını diqqətə çatdırdı:"Çəkilişlərə görə Bakıdan kənara çıxmamışıq. Ailə bağ evində qalır, mən də iş saatı bitəndən sonra oraya gedirəm. Ölkədən kənara getməyi düşünürük. Amma haraya gedəcəyimiz dəqiqləşdirilir. Ümumiyyətlə, biz istirahət səfərlərini məxsusi günlərə, fəsillərə bölmürük. Əgər ehtiyac varsa, istənilən fəsildə yola düşürük.