“Miss Civilization Azerbaijan”nın seçim turu aparılıb

Bu gün AF Hotel Novxanı Aqua Parkda "Miss Civilization Azerbaijan" 2012 Mədəniyyətlər Gözəli müsabiqəsinin Azərbaycan finalı üçün seçim mərhələsi aparılıb."Azadinform"un məlumatına görə, təşkilatçılar Kemal Cenk İçten, Fərid Bağırov, Cengiz Aşkın və ATV kanalının "10-lar" verilişinin aparıcısı Afaq Gəncəli qeydiyyatdan keçmiş 100-dən artıq gənc xanımlar arasında seçim ediblər. Namizədlər sıra nömrəsi ilə təşkilatçıların qarşısına keçib poza verib, eyni zamanda, onlara ünvanlanmış sualları cavablandırıblar. Dörd saata yaxın sürən kastinq başa çatdıqdan sonra gizli seçim aparılıb. Azərbaycan finalı üçün ən çox bəyənilən 20 əsas və 3 namizədin adı bəlli olduqdan sonra Kemal Cenk İçten onların adlarını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31