Ebru Gündeşə hədiyyə olunan 7 milyonluq yaxta zay çıxdı

Məşhur türkiyəli müğənni Ebru Gündeş Azərbaycan əsilli həyat yoldaşı, iş adamı Rza Zərrabdan bu dəfə daha möhtəşəm bir hədiyyə alıb. Milli.Az "Habertürk"ə istinadən xəbər verir ki, Rza Ebruya "60 Years" adlı 7 milyon avroluq 46 metr uzunluğunda yaxta bağışlayıb. Ancaq cütlük dəniz gəzintisinə çıxarkən yaxtada problem yaşanıb və onlar geri dönməyə məcbur olublar.Daha sonra, Rza yaxtanın kapitanı ilə nasazlıq barəsində yarım saatdan artıq danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31