Tanınmış teleaparıcı yoxa çıxıb

Milli.Az-a daxil olan məlumata görə Lider TV-də yayımlanan "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlu haqqında müxtəlif söz-söhbətlər gəzir. Biri-birindən inandırıcı xəbərlərdə aparıcının gah avtomobil qəzası keçirdiyi, gah da səhhətindəki bəzi problemlərə görə xarici ölkələrdən birinə müalicə məqsədi ilə getdiyi söylənilir.Maraqlısı ondadır ki, avqustun 2-də Facebook sosial şəbəkəsindəki şəxsi profilində Zaurun dilindən belə bir status yazılıb:"Muəyyən səbəblərə görə Zaur Nəbioğlu bir neçə gün burada fb-da olmayacaq. Əvvəlcədən inboxa və əsas səhifəyə yazanlardan üzr istəyirik. Bir daha qeyd edək ki, Zaurun özu burada olmayacaq. Heç bir suala cavab verə bilmərik, üzürlü hesab edin".Teleaparıcının bizə məlum olan mobil telefonlarına aramsız zənglər etsək də, cəhdlərimiz fayda vermədi. Onun hara yoxa çıxmasını dəqiqləşdirməkdən ötrü mövzunu diqqət mərkəzində saxlayırı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31