Milli sənətkarlığımız xaricdə təbliğ olunacaq

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəvəti ilə Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin direktoru cənab Xalid Azzam və onun başçılığı ilə nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikası Kabineti yanınd"İçərişəhər"Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən "Olaylar"a verilən məlumata görə, səfərin əsas məqsədləri Azərbaycana məxsus olan milli-tətbiqi incəsənət sahələri barədə ətraflı məlumat  toplanılması, bu  incəsənət sahələrinin inkişafı, dünyada tanıdılması və təbliği potensialını araşdırmaq olub. Səfərin nəticəsi olaraq Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında İçəri Şəhər və Qala qoruqları ərazisində milli-tətbiqi incəsənət məhsullarının istehsalının inkişafı və bu məhsulların beynəlxalq səviyyədə təbliği sahələrində qarşılıqlı münasibətlərin gələcəkdə inkişaf etdirilməsi qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31