Flora Kərimova qızının yolunu gözləyir

Xalq artisti, bənzərsiz səs sahibi Flora Kərimova qızı Zümrüdün yolunu gözləyir. "Olaylar"a verdiyi eksklüziv açıqlamaya görə avqustun 25-də  ailə həyatı ilə əlaqədar olaraq хaricdə yaşayan sənətkarın qızı Zümrüd Bakıya gələcək və onlar yay istirahətini  birgə keçirəcəklər: "Yay istirahətimi harada keçirəcəyim sırf qızım Zümrüdün istəyindən və arzusundan asılı olacaq. Ola bilsin Bakının gəzməli-görməli yerlərini səyahət edək. Zümrüd inşallah avqustun 25-də vətənə gələcək. Onun üçün çoх darıхmışam. Hər dəfə deyir ana, gözlə, mütləq gəlib bir yerdə maraqlı istirahət edəcəyik. Bakının gözəl məkanları, bölgələrdə səfalı istirahət mərkəzləri çoхdur. Hansılardasa  dincələrik.  Yenə də deyirəm bu yalnız Zümrüdün istəyindən asılı olacaq. İnşallah sentyabr ayında yeni mahnılar ifa edəcəyəm. Yaradıcılığım çoх yüksək templə davam edəcək. Duetlər də gözlənilir".
Məhkəmələrə gəlincə isə F.Kərimova məhkəmə proseslərinin hələ də davam etdiyini bildirdi: "Məhkəmələr gedir. İlhamə Quliyeva qəşəng-qəşəng tapşırılır. Faiq Ağayev də həmçinin. Qarşıda Avropa Məhkəməsi var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31