Cenifer Lopes onu şantaj edən ermənini məhkəməyə verdi
Xakob Manukyanın müğənnidən 2.8 milyon dollar qoparmaq istəyi baş tutmadı
8 Avqust 2012 15:16 MədəniyyətCenifer Lopes eks-sürücüsünü şantajda ittiham edir. Sürücü təsadüfən maşında eşitdiklərini açıqlamamaq üçün müğənnidən 2.8 milyon dollar tələb edib. Ulduzun erməni əsilli keçmiş sürücüsü Xakob Manukyan əvvəlcə Lopesi və onun meneceri Benni Medinəni məhkəməyə verib. Sürücü Mədinəni onun xarici görünüşünü tənqid edərək əmək müqaviləsini və ödənişi pozmaqda ittiham edir. Cenifer Lopes isə cavab olaraq Manukyana qarşı məhkəmə iddiası qaldırıb. İddianın məbləği 20 milyon dollardır.Ulduz cavab iddiasında iddia edir ki, Manukyan dəfələrlə sükan arxasında içkili olub, təhlükəsizlik əməkdaşlarına və mühafizəçiləri idarə etməyə cəhd göstərib və buna görə əlavə ödəniş tələb edib.Cenifer Lopesin sözlərinə görə, eks-sürücü guya maşında eşitdiyi məlumatları yaymamaq üçün 2.8 milyon dollar tələb edib. Əks təqdirdə o, bu məlumatları polisə ötürərək ititham edəcəyi ilə hədələyib