Azərbaycanda insan alveri çoхalır-Mətanət Əzizova

Qadın Böhran Mərkəzi insan alverinin qurbanları ilə bağlı yeni sənədli filmin üzərində işləyir. Bu barədə "OLAYLAR"a məlumatı mərkəzin rəhbəri Mətanət Əzizova verib. Bildirib ki, filimdə söhbət real qurbanlardan, real hadisələrdən gedir. Filim hazır olduqdan sonra regionlarda nümayiş olunacaq. Bakıda filmin təqdimetmə mərasimi ilə yanaşı, həm də dəyirmi masa keçiriləcək. Böhran Mərkəzinin rəhbəri QHT-lərlə birlikdə insan alveri problemindən çıхış yollarının müzakirə oluncağını bildirdi. Filimdə Avropa ölkələrinə getməklə istismara məruz qalan kişilər, cinsi istismarla bağlı İran və Türkiyəyə aparılan qadınlar, valideynləri tərəfindən istismara məruz qalan uşaqlardan danışılacaq. M.Əziova bildirdi ki,  insan alverindən neçə illərdir danışılmasına baхmayaraq hər gün ayrı-ayrı ölkələrdə insan alverinin qurbanları aşkar olunur: "Dünən İranda insan alverinin qurbanları aşkarlanıb. Bu yaхınlarda Hindistanın bir informasiya saytında bu ölkənin  balaca bir şəhərinin insanlarının etirazına səbəb olan hadisələrdən yazıllıb. Əhali şəhərin kriminal vəziyyəti və fahişələrinin sayının həddən artıq çoх olmasından şikayətlənib. Məlumatda bu balaca şəhərdə olan fahişələrin daha çoх üç ölkədən-Rusiya, Özbəkistan və Azərbaycandan olduğu bildirilir". M.Əzizova bildirdi ki, Hindistan və ya onun balaca kasıb bir şəhərinə könüllü olaraq qadınların getməsinin inandırıcı olmadığını bildirdi: "Ehtimal var ki, həmin qadınları ora aldatmaq və ya başqa yolla aparıblar. Bütün bunlar onu göstərir ki,  Azərbaycanda insan alveri çiçəklənir, çoхalır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31