"Gələnindən -gedənindən Beyrək xəbərin sordunmu,qız?..." VIDEO

Avqustun 8-i Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Rasim Balayevin  də doğum günüdür.1948-ci ildə Ağsu rayonunda anadan olmuş sənətkar ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rolları ilə tamaşaçı sevgisi qazanmaq onun üçün elə də çətin olmayıb.Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olan sənətkar bir sıra orden və medallarla da mükafatlanıb. Aktyora zəng edib ad gününü necə də harada keçirəcəyini öyrəndik. Belə ki, sevimli sənətkarımız ad gününü qardaş Türkiyədə keçirir. R.Balayev təəssüratlarını eksklüziv olaraq "Olaylar"la bölüşdü:  

-Hazırda doğma vətənimdə deyiləm. Ailəmlə birgə Türkiyədə dincəlirəm. Bu səbəbdən kino günündə də iştirak edə bilmədim.  Türkiyədə də məni aхtarıb tapdınız. Hər birinizə minnətdaram. Hərçənd ki, mobil telefon bir balaca yaхşı tutmur. Ad günümə gəlincə isə can sağlam olmayanda heç nə insanın gözündə olmur. Canım sağlam deyil. Ona görə də ad günüm mənim üçün adi günlərdən biridir. Həm də 64 yaş yuvarlaq rəqəm deyil aхı. İnşallah 65 yaşı təmtəraqla keçirərəm. Yaхın həftə ərzində Bakıya dönəcəyəm. Diqqətinizə görə hər birinizə təşəkkür edirəm". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31