Polad Ələmdarın başı dərddə

Məşhur "Qurdlar Vadisi" serialında baş rolun ifaçısı Necati Şaşmazın (Polad Ələmdar) qardaşı Emir Cevdət Şaşmaz barədə cinayət işi açıla bilər. "OLAYLAR"-ın haberturk.com-a istinadən verdiyi məlumata görə, Emir Şaşmaz həyat yoldaşı, tanınmış sənətçi Nazlı Hamarata qarşı fiziki  güc tətbiq etmək və onu davamlı olaraq döyməkdə ittiham olunur. Emir Şaşmazla 6 aydan artıqdır ki, normal ailə həyatı yaşamadığını deyən Nazlı Hamarat ötən gün polisə şikayət etdiyini də deyib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31