Özcan Dəniz 5 saat öpüşdü
8 Avqust 2012 12:22 MədəniyyətTürkiyənin tanınmış sənətçisi Özcan Dəniz keçmiş həyat yoldaşı Fahriyə Evsenlə 5 saat öpüşüb. "OLAYLAR"-ın milliyet.com-a istinadən verdiyi xəbərə görə, öpüşmə səhnələri Özcan Dənizin rejissorluğu ilə çəkilən "Evim sənsən" filminin çəkilişləri zamanı baş verib. Uzun illər ayrı yaşayan cütlüyün filmdə bir araya gəlməsini Özcan Dənizin özü istədiyi bildirilir. Lakin tanınmış sənətçinin öpüş səhnələri zamanı utandığı üçün bu prosesin nə az, nə çox 5 saat çəkdiyi xəbər verilir. Qeyd edək ki, tanınmış sənətçi keçmiş həyat yoldaşı ilə 4 il birlikdə ailə həyatı yaşayıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31