Heydər Əliyev Mərkəzində açıq qapı elan olunub

Heydər Əliyev Mərkəzində XX əsrin görkəmli fotoqraflarından olan Anri Kartye-Bressonun fərdi sərgisinin açılış mərasimi keçiriləcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, sərgidə müəllifin müxtəlif illərdə və fərqli mövzularda lentə aldığı 84 əsər nümayiş olunacaq.

Mərkəzdən o da bildirilib ki, may ayının 18-dən Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzindəki Muzey və sərgilərdə açıq qapı günü elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31