Serbiya təmsilçisi "Eurovision-2012" mahnısının Azərbaycan versiyasını hazılayır

Serbiyanın "Eurovision-2012" təmsilçisi Zeljko Yoksimoviç "Nije ljubav stvar" mahnısının instrumental versiyasını hazırlayıb. Trend eurovision.az saytına istinadən xəbər verir ki, yeni versiya Serbiyanın RTS telekanalının Simfonik Orkestri ilə birgə yazılıb. İnstrumental versiyanın yazılışında dirijor Fyodor Vrtaçnik iştirak edib, pianoda isə Serbiya təmsilçisini Azərbaycanın Belqraddakı Mədəni Mərkəzinin rəhbəri Zərif Əlizadə müşaiyət edib.Serbiyanın "Eurovision" komandası mahnının yeni versiyasının hamı tərəfindən bəyəniləcəyinə inanır. Yoksimoviçin ifasında instrumental versiya tezliklə təqdim olunacaq. Bu yaxınlarda mahnının Azərbaycan və latın dili versiyası da çıxacaq.Qeyd edək ki, Zeljko Yoksimoviç "Eurovision" mahnı müsabiqəsinin ikinci yarımfinalında 1-ci çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31