"Adını Feriha koydum": Emir və Feriha arasında soyuq küləklər VIDEO

Yeni seriyada nələr gözlənilir?

Leventin binaya köçməsi Emir və Feriha üçün böyük şok olur. Leventin varlığı ilə yüksələn səssiz çəkişmə və Emirin Ferihanı çaş-baş salan uzaq davranışları davam edir. Emirin Feriha ilə məsləhətləşmədən verdiyi qərarlar isə evdəki gərginliyi artırır.Emirdən gördükləri reaksiyadan sonra hərəkətə keçmək istəyən Hülya və Rüyanın hədəfində növbəti dəfə Feriha var. Digər tərəfdə isə Rüyanın keçmiş sevgilisi Savaşı sıxışdırmaqda davam edən Hande üçün işlər gözlədiyi kimi getmir.
Qapıçıların evində Mehmetin Seherin gizlətdiyi pulları tapması ilə qarışıqlıq yaranır. Emirdən gələn gözlənilməz bir addım isə Ferihanın ailəsini bir daha sarsıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31