Özcan Dəniz yeni film çəkir

Məşhur türk müğənnisi Özcan Dəniz növbəti filmini çəkməyə hazırlaşır.  Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni artıq kastinqlərə  başlayıb.  Bundan əvvəl çəkdiyi "Evim sənsən"də Fahriye Evcen, "Su və atəş"də Yasəmin Allenle tərəf müqabili olmuş Özcan bu dəfə də hər kəsi təəccübləndirəcəyini deyir.

Qeyd edək ki,  Özcan Dənizin yeni layihəsi digərləri kimi adaptasiya olmayacaq və orijinal ssenari əsasında çəkiləcək. Ssenarinin Özcan Dənizə aid olduğu deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31