Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin sayı açıqlanıb
8 Aprel 2014 19:27 MədəniyyətAzərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədəki turizm şirkətlərinin sayını açıqlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda respublikada 241 turizm şirkəti fəaliyyət göstərir.
Ötən il 53 hüquqi və fiziki şəxs tərəfindən təqdim edilmiş sənədlərə baxılıb və onlara turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.
Ötən il "Bona Mente Holdinq" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "A.Q.Horizont" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "Riad Tour" Məhdud Məsuliyyətli Cəmiyyətinə turizm fəaliyyəti üçün verilmiş lisenziyaların fəaliyyəti dayandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31