Aktyora silahlı hücum olundu
8 Aprel 2014 20:39 Mədəniyyət"Cocuklar duymasın" serialından tanıdığımız aktrisa Pınar Altuğun həyat yoldaşı, aktyor Yağmur Atacan dünən axşam silahlı hücuma məruz qalıb. Axşam.az-ın "Hürriyət" saytına istinadən verdiyi xəbərə görə, iş yerinin qarşısında maşınına minmək istəyən aktyora motosikletli bir kişi tərəfindən atəş açılıb. Güllə, maşının qabaq şüşəsinə dəyərək arxa şüşədən çıxıb. Yağmur Atacan zərər görməyib. Hadisə ilə bağlı istintaq başlayıb. Yağmur Atacan üç ay əvvəl Alper Çağrı Önal adlı şəxsə 45 min dollar borc verdiyi, borcunu geri istəyəndə isə döyüldüyü barədə polisə şikayət etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31