Çarli Çaplinin 2 min qadını olub
8 Aprel 2014 17:50 MədəniyyətAğ-qara və səssiz filmlərin qəhrəmanı olan Çarli Çapli həm də qadın düşgünü idi. Məşhur aktyorun yaşamı boyunca 2 min qadınla yatdığı iddia edilir. Qadınları dəfələrlə Çaplinin təcavüzkar və kobudluğu haqda danışaraq onun psixoloji problemlərinin olmasını iddia ediblər. Gənc qızlara düşgün olan aktyor ilk dəfə 1918-ci ildə 16 yaşlı aktrisa ilə nikah evinə daxil olub. İki il birgəlikdən sonra Çarli birinci həyat yoldaşından ayrılır. Birinci evliliyi kimi Çaplinin ikinci evliliyi də uğursuz olur. Ondan hamilə olan 15 yaşlı gənc qızla ailə həyatı qurmaq məcburiyyətində qalan Çapli qızcığazı "kiçik fahişə" adlandırırdı. İki dəfə Oskar mükafatı qazanan Hollivud ulduzu qısqanc olduğu üçün hər an sevgilisini itirmə qorxusu ilə yaşasa da özü də yanında olan qadınlara sadiq qalmır. Ünsiyyət qurmaqda müəyyən problemləri olan Çaplinin psixoloji problemlərinin olması haqda yayılan iddialar ekspertlər tərəfindən də təsdiqlənir. Psixoloqlar uşaqlıqda yaşadığı gərgin həyatın onun gələcəyinə təsir etdiyini, bu səbəbdən də psixolopji problemlər yaşadığını deyirlər.
Qeyd edək ki, 88 yaşında vəfat edən Çapli 4 dəfə evli olub.