Brilliant Dadaşova Türklərə doğrunu göstərdi VIDEO

Xalq Artisti Brilliant  Dadaşova Türkiyə kanallarının  birində qonaq olub. Müğənni sənət dostu,  dünya şöhrətli balaban ustası Əlixan Səmədovla birgə TRT kanalının Yenigün proqramında olub. Proqramda bir neçə xalq və bəstəkar mahnılarını ifa edən Xalq Artistinin repertuarında diqqət çəkən məqam türklərin anonim kimi  "Mavi boncuk" adıyla təqdim etdikləri "Qal sənə qurban"  mahnısını məhz azərbaycan dilində ifa edərək mahnı haqda məlumat bildirməsi olub. Qeyd edək ki Brillliant Dadaşova Türkiyə telekanallarında çıxış edən ilk azərbaycanlı müğənnidi. Xanım Dadaşova 1992 ci ildən  davamlı olaraq Türkiyə televizyalarına və konsertlərinə dəvət alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31