Türk aktyorun ailəsini serial dağıtdı

Türkiyənin gənc və populyar aktyorlarından biri Engin Hepileri 4 il əvvəl evləndiyi Ayşe Topçu ilə 1,5 ay əvvəl boşanıb.
Əslində onlar 3 ay əvvəl dalaşmış, ayrı yaşamağa başlamışdılar. Aktyor E.Hepileri ailəsinin qəflətən dağılması ilə bağlı çoxsaylı suallara heç bir cavab vermirdi.
İddialara görə, "İntikam" serialındakı "Hakan" rolu ilə daha da populyarlaşan aktyor həmin teleserialda "Dicle" rolunu oynayan aktrisa Beyza Şekerçi ilə birlikdə olduğu üçün ailəsi dağılmışdı. E.Hepileri bu iddiaları rədd edirdi. İddialar dünən təsdiqlənib. E.Hepileri və B.Şekerçi dünən İstanbuldakı "Trabya" oteldə idilər. Onlar otelin restoranında şam yeməyindən sonra aktyorun nömrəsinə yollanıblar. Reportyorları görəndə E.Hepileri "Suallara cavab verməyəcəyəm!" desə də, aktrisa B.Şekerçi "Bəli, bir-birimizi sevirik və evlənəcəyik" deyərək gülüb. milli.az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31