Heydər Əliyev Mərkəzində möhtəşəm sərgi açılacaq

Aprelin 4-də Heydər Əliyev Mərkəzində "Love Me, Love Me Not" sərgisi keçiriləcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, sərgidə Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssamın son illərdə yaratdığı əsərlər nümayiş olunacaq. Sərgi Bakıda yerləşən və müasir incəsənət sahəsində fəaliyyət göstərən "YARAT" qeyri-hökümət təşkilatı tərəfindən təşkil olunur və dəstəklənir. Onun kuratoru xanım Dina Naseri-Xadividir.
Qeyd edək ki, "Love Me, Love Me Not" sərgisi Azərbaycanın və qonşu ölkələrinin müasir incəsənət əsərlərini nümayiş edən sərgidir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31