“Təbriz folklor örnəkləri” toplusu çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə "Təbriz folklor örnəkləri" toplusu çapdan çıxıb. Nəşrdə Təbriz bölgəsinin zəngin şifahi xalq yaradıcılığı örnəkləri öz əksini tapıb.
Kitabda Azərbaycan türklərinin etnik təfəkkürünü canlandıran, dilini, tarixini, mənəvi aləmini qoruyub saxlayan zəngin şifahi söz sənəti - folklor irsi barədə ətraflı məlumat yer alıb.
Layihənin rəhbəri institutunu direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlu, redaktoru fəlsəfə doktoru Səkinə Qaybalıyevadır. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31