Müğənninin evinə oğru girdi
3 Aprel 2014 20:34 MədəniyyətDünyaca məşhur müğənni Selena Qomesin Kalabasasda üç milyon dollara aldığı təzə evinə oğru girib. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə baş verən saatda Selena da evdə olub. Qulağına qəribə səslər gələn müğənni dərhal polis çağırıb. Qarətçi evin salonunu boşaldarkən yaxalanıb. Dindirmə zamanı məlum olub ki, hiyləgər oğru içəri soxulmazdan əvvəl qapının zəngini çalıb və Selenanın evdə olub-olmadığını soruşubmuş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31