Əyyub Quliyevin dirijorluğu ilə Rusiyada konsertlər keçirilir

Martın 30-da Sankt-Peterburqun Mixaylovski İmperator Opera Teatrında Qaetano Donisettinin "Sevgi şərbəti"   operasının premyerası keçirilib. Tamaşaya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev dirijorluq edib.

1833-cü ildə əsası qoyulan Mixaylovski Opera  Teatrı Rusiyanın qədim tarixi və mədəni ənənələrini özündə yaşadan böyük sənət məbədlərindən biridir. 2013-cü ildə dirijor Əyyub Quliyev ilk dəfə olaraq P.Çaykovskinin "İolanta" operasına dirijorluq etmək üçün həmin teatra dəvət olunub. Qarşıdakı testr mövsümü ərzində Əyyub Quliyev həmçinin, C.Verdinin "Traviata" operasını idarə edəcək. Eyni zamanda simfonik dirijor kimi qastrol səfərində iştirak edən dirijor aprelin 3 və 5-də Safonov Akademik Filarmonik Orkestri ilə bərabər silsilə konsertlərlə çıxış edəcək. Həmin konsertlərdə dahi rus bəstəkarı S.Prokofyevin "Romeo və Cülyetta" baletindən nümunələr və bəstəkarın instrumental əsərləri səslənəcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31