Siqaret əleyhinə filmin təqdimatı olub

Siqaret əleyhinə türkiyə istehsalı olan "Bırakmak istiyorum" filminin təqdimatı baş tutub. Filmin qala gecəsinə bir sıra məşhurlar: Kənan Doğulu-Beren Saat cütlüyü, Gülbən Ərgən, Cem Yılmaz və digərləri qatılıb. Məşhurlar filmin böyük təsirə malik olduğunu söyləyiblər. Cem Yılmaz da çox təsirləndiyini vurğulayıb: "Çox təsirlidir. Böyük kütlə tərəfindən film heyranlıqla qarşılandı. İnanıram ki, film siqaretdən imtina etmək istəyən, lakin buna nail ola bilməyənlərə örnək olacaq". Kənan Doğulu da təqdiamtın sonunda filmlə bağlı təəddüratlarını jurnalistlərlə bölüşüb: "Siqaret çəksəm də, filmdən çox təsirləndim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31