Azərbaycanın turizm potensialını təbliğ etmək məqsədilə infotur keçirilir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində Azərbaycanın turizm potensialını təbliğ etmək məqsədilə Qazaxıstan, Qırğızıstan və Türkiyənin müvafiq dövlət qurumları, kütləvi informasiya vasitələri və turizm şirkətlərinin Azərbaycanda infotur keçirilir., 15 nəfərdən ibarət qrupu üçün nəzərdə tutulmuş infotur 2-6 aprel tarixini əhatə edir. İnfotur zamanı nümayəndə heyətinin Bakı şəhəri ilə yanaşı, Şamaxı, Qəbələ, İsmayıllı rayonlarına və Şəki şəhərinə səfəri planlaşdırılır. Səfər zamanı Azərbaycanın tarixi-mədəni abidələri, adət ənənələri, mədəni irsi və turizm potensialı ilə tanışlıqla yanaşı, adı çəkilən ölkələrdə yayımlanması məqsədilə müxtəlif çəkilişlərin aparılması və təbliğat xarakterli yazıların yazılması nəzərdə tutulur. Nümayəndə heyəti həmçinin 3 aprel tarixində "AİTF - 2014" Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin açılışında iştirak edəcək.
Qeyd edək ki, bu tədbirin kçirilməsi Azərbaycan tərəfinin təşəbbüsü ilə TDƏŞ-in Turizm sahəsində əməkdaşlıq üzrə İşçi qrupunun 1-ci iclasının Yekun sənədinə uyğun olaraq qərara alınıb. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31