Timati Bakıya gəlir

Əslən azərbaycanlı olan rep ifaçısı may ayının 17-i pərəstişkarlarının qarşısında çıxış edəcək

Rusiyanın məşhur rep ifaçısı Timatinin növbəti dəfə Bakıya səfəri planlaşdırılıb. ANS PRESS-in məlumatına görə, ötən günlərdə ata olan ifaçı paytaxtın otellərindən birində pərəstişkarlarının qarşısında çıxış edəcək.   Timatinin növbəti Bakı konserti may ayının 17-də keçiriləcək. Konsertin təşkilatçısı KKM Production şirkətidir. "Ne sxodi s uma" (Ağlını itirmə), "London", "Devoçka bomba" (bomba qız), "Vse konçaetsya" (Hər şey bitəcək) və s. sevilən mahnıları ilə tanınan Timati Azərbaycanda olan pərəstişkarlarına unudulmaz gecə vəd edib.

Qeyd edək ki, əslən azərbaycanlı olan rep ifaçısının əsl adı Teymur Yunisov İldar oğludur. O 1983-cü il avqust ayının 15-i Moskvada anadan olub. Müsahibəsi zamanı rep ifaçısı bildirib ki, atasının böyük iş adamı olub. Buna baxmayaraq, valideyinləri tərəfindən elə tərbiyə edilib ki, ehtiyacı olduğu hər bir şeyi öz gücü ilə qazanmalı olub.

Timati ilk dəfə Rusiyada yayımlanan "Fabrika zvyozd 4" (Ulduz fabriki 4) mahnı müsabiqəsinin köməyi ilə tanınmağa başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31