Kamal Abdullanın romanı qırğız dilinə tərcümə edildi
2 Aprel 2014 17:17 MədəniyyətTürkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı qırğız dilinə tərcümə olunub. Bu barədə "OLAYLAR"-a məlumat verən fondun prezidenti Nüsrət Məmmədov deyib ki, kitabın qırğız dilinə tərcümə olunmuş variantı müəllifə təqdim edilib: "Qırğız Respublikası Joqorku Keneşinin (parlamentinin) səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Damira Niyazaliyeva, büdcə və maliyyə komitəsinin sədr müavini Kubanıçbek Tumanov və başqalarının iştirakı ilə baş tutan səfər zamanı Kamal Abdulla ilə görüşümüz oldu. Görüşdə qarşılıqlı əlaqələrin inkişafı, Kamal Abdullanın "Dilçilyə səyahət" kitabının da qırğız dilinə tərcüməsi və s. məsələlər müzakirə olundu. Həmçinin Kamal Abdulla "Yarımçıq əlyazma" romanının Qırğızıstan parlamenti və fondun dəstəyi ilə keçiriləcək təqdimat mərasiminə dəvət edildi".