Azərbaycana ötən il gələn turistlərin statistikası açıqlandı

Azərbaycana ötən il ərzində 2 400 000 nəfərə yaxın turist gəlib. Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turiuzm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 8-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgilərinin açılışı münasibətilə keçirilən mətbuat konfransında deyib. A.İsmiyev qeyd edib ki, ötən il ərzində Azərbaycana 2 508 000 nəfər xarici ölkə vətəndaşı gəlib. Həmin şəxslərin arasında Azərbaycanda təhsil alan və işləyən xarici ölkə vətəndaşlarının da olması nəzərə alınsa, ölkəyə gələn turistlərin sayı 2 milyon 400 min nəfər olub.  Nazirliyin şöbə müdiri qeyd edib ki, Azərbaycana gələn turistlər bir həftə ərzində 700-800 dollar pul xərcləyirlər. Onlar bu vəsaiti daha çox mehmenxanalarda yerləşdirilmələrinə, yeməyə, ekskursiyalara və s. sərf edirlər: "Azərbaycanda son 2-3 il ərzində 3-4 ulduzlu hotellərin sayı artıb. Onlarda yerləşdirmənin qiyməti bir gün üçün 60-80 manatdır".

A.İsmiyev qeyd edib ki, Azərbaycana gələn turistlər ölkənin bütün regionlarına maraq göstərirlər. Onlar Azərbaycanın Şəki, Qusar, Şamaxı, Lerik, Lənkəran rayonlarına səfərlər edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31