Ukrayna mətbuatı Gəncənin turizm potensialından yazıb
2 Aprel 2014 15:16 MədəniyyətUkraynanın məşhur "AvtiBiznesTur" jurnalında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə barədə "Gəncə - tarixi xəzinələr şəhəri" başlıqlı geniş məqalə dərc edilib. "OLAYLAR"-ın Azərbaycanın Ukraynadakı səfirliyinə istinadın verdiyi xəbərə görə, məqalədə Gəncənin heyrətamiz gözəlliyi və əzəməti, coğrafi mövqeyi, zəngin tarixi, memarlığı, təbii sərvətləri, müalicəvi naftalan nefti və s. söhbət açılır. Materialda Gəncənin tarixinə də toxunulur, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin məhz bu şəhərdə anadan olduğu, onun xatirə muzeyinin xarici turistlərin ziyarətgahına çevrildiyi, Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar keçirilmiş böyük beynəlxalq elmi-praktiki konfrans qeyd olunur.
Məqalədə şəhərin digər tarixi abidələrindən də söz açılır. Məqalədə xüsusilə qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti və qayğısı sayəsində Gəncə şəhərində 150-dən çox tarixi abidə yüksək səviyyədə bərpa edilib.