“Gənc kinematoqraf - kinoda kadr hazırlığına dəstək” layihəsi başa çatıb

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzində həyata keçirilən "Gənc kinematoqraf - kinoda kadr hazırlığına dəstək" layihəsi başa çatıb.  Bunu "OLAYLAR"a açıqlamasında mərkəzin rəhbəri Fehruz Şamıyev bildirib. Onun sözlərinə görə layihə çərçivəsində kino və televiziya prodüseri ixtisası üzrə iki aylıq ödənişsiz kurslar təşkil olunub:"Kinematoqrafiyamızın inkişafı naminə bu zamana kimi Gənclər Fondu tərəfindən belə bir layihə həyata keçirilməmişdi. Layihənin məqsədi kino və televiziya sahəsində Azərbaycanda ən acınacaqlı istiqamət hesab olunan kino və televiziya prodüserlərinin yetişdirilməsi idi. Kurslarda iştirak edən 20 gənc beynəlxalq proqram əsasında təhsil alıblar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31