Azərbaycan ədəbiyyatında Hüseyn Cavid mənzum dramın banisi kimi” mövzusunda inşa müsabiqəsi elan olunur

AMEA Hüseyn Cavidin Ev Muzeyinin Gənc alim və mütəxəssislər şurası "Azərbaycan ədəbiyyatında Hüseyn Cavid mənzum dramın banisi kimi" mövzusunda inşa müsabiqəsi elan edib. Müsabiqənin keçirilməsində məqsəd şair-dramaturq Hüseyn Cavidin irsinin tədqiqi və təbliği yolu ilə onun yaradıcılığının gənc nəslə ötürülməsidir. Bakı şəhəri orta məktəblərinin 9-11-ci sinif şagirdləri mövzu üzrə inşalarını müsabiqəyə təqdim edə bilər.

İnşalar [email protected] elektron poçt ünvanına 31 may 2014-cü il tarixinədək göndərilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31