Beren Saat pərəstişkarlarını məyus edəcək

"İntikam" serialı bitdikdən sonra sevgilisi Kənan Doğulu ilə birlikdə Los Ancelesdə yaşamaq qərarına gələn türkiyəli aktrisa Beren Saat Amerikada həm təhsil alacaq, həm də tətil edəcək.  

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 9 ildir fasiləsiz rol aldığı filmlərə ara verən aktrisa bir müddət özünü inkişaf etdirmək arzusunda olduğunu söyləyib.

Hazırda Beren bu istiqamətdə araşdırma aparır. Aktrisa Los Ancelesdə aktyorluq məktəbinə yazılacaq. Bundan əlavə, o, amerikalı prodüserlərlə görüşəcək və karyerasında irəliləməsi üçün mühüm danışıqlar aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31